16 yanvar 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində 20 yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş "Xalqımızın qan yaddaşı milli qürur günü" adlı anım tədbiri keçirilmişdir.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açmışdır. Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin şöbə müdiri Əzirə Abdullayeva "Xalqımızın Qan Yaddaşı Milli Qürur Günü" mövzusunda çıxış etmişdir.
Tədbirdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Səma Mustafayeva, Cahan Tağızadə, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Əliəkbər Cəfərov, Firəngiz Orucova, Rəmzi İbişov, Fatimə Fərəcova, məktəbin konsertmeysterləri Rəna Zəkiyeva və Ülkər Əlizadənin ifalarında vətən şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqi proqramı təqdim olunmuşdur.
Bütün çıxışlar 20 Yanvar hadisələrini əks etdirən video görüntülərlə müşayiət olunmuşdur.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.