13 yanvar 2026
"YENİ İLƏ YENİ TÖHFƏLƏRLƏ"
13 yanvar 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində "Yeni ilə yeni töhfələrlə" adlı konsertlə Klassik Musiqi Həvəskarları Klubunda musiqili görüşlərə start verildi.
Tədbiri Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə açmışdır. Daha sonra musiqişünas, vokalçı Sevinc İbrahimova və şagirdlərinin, konsertmeyster Günay Ağayevanın ifalarında görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim edilmişdir. Konsert proqramında Sevinc İbrahimovanın yeni bəstələri böyük hərarətlə qarşılanmışdır.
Tədbirlər
|