29 noyabr 2025
ÜZEYİR HACIBƏYLİ - 140
29 noyabr 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Kamera ansamblı" kafedrasının baş müəllimləri X.Abdullayeva, N.Hacızadə, T.Əliyeva və S.Yolçuyevanın tələbələrinin konserti keçirilmişdir.
Konsertdən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Bakı Musiqi Akademiyasının baş müəllimləri Nərminə Hacızadə, Sevda Yolçuyeva, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, akademiyanın tələbələri və Orta ixtisas musiqi məktəb-studiyasının şagirdlərinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Konsert zamanı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou nümayiş olunmuşdur.
Tədbirlər
|