26 noyabr 2025
İstedadlı ifaçı Kənan Rəhmanzadənin solo konserti
26 noyabr 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Gənclərə dəstək" layihəsi çərçivəsində Beynəlxalq müsabiqələr laureatı və Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovun yetirməsi olan istedadlı ifaçı Kənan Rəhmanzadənin solo konserti keçirilmişdir.
Konsertdən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edərək gənclərə uğurlar arzulamışdır.
Tədbirdə Ü.Hacıbəyli adına BMA-nın tələbələri Nuray İsmayılova və Pərvanə Soltanova Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdilər.
Tədbirlər
|