az | ru | en

20 avqust 2025


NİYAZİ - 113
(20.08.1912-02.08.1984)


20 avqust 2025-ci il tarixində tarixində səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin Mənzil Muzeyinin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Maestro Niyazinin məzarını ziyarət etmişlər. Muzey kollektivi Fəxri Xiyabanda Niyazinin doğmaları Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun məzarlarını da ziyarət etmişlər.
Bu gün Niyazinin Mənzil Muzeyində "Açıq qapı günü" keçirilmişdir.
Saat 15:00-da muzeydə tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Niyazinin Azərbaycan musiqi tarixində rolu mövzusunda danışmış, Xanımbacı Abdinova "Niyazi xatirələrdə" kitabının davamı olan "Niyazi: məqalələr və məruzələr" kitabının elektron variantını təqdim etmişdir. Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Aliyə Zamanova Maestro Niyazi haqqında xatirələrini danışmış, müəllifi olduğu "Mənim Niyazim" ("Ìîé Íèÿçè") kitabını muzeyə və tədbir iştirakçılarına hədiyyə etmişdir.
Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Xalq artistı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülnaz İsmayılova, Beynəlxalq müsabiqə laureatları Aydan Rüstəmzadə (cello), Xədicə Qasımova (violin), BMA-nın baş müəllimi, Niyazi adına Dövlət Simfonik Orkestrinin artisti, Respublika və Beynəlxalq müsabiqələr laureatı Lalə Muxtarova (violin), Beynəlxalq müsabiqələr laureatı, xanəndə Səbinə Əhmədova, Rövşən Abduləzizov (tar) və Mahir Quliyevin (kamança) ifalarında Niyazinin, dünya klassiklərinin əsərlərindən, xalq mahnılarından ibarət konsert proqramı təqdim olunmuşdur.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.