az | ru | en

19 avqust 2025


XAN ŞUŞİNSKİ - 124 (20.08.1901 - 18.03.1979)


19 avqust 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan muğam sənətinin korifeyi, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, "Şərəf nişanı" ordenli Xan Şuşinskinin 124 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır.
Tədbirdə Xanımbacı Abdinova görkəmli muğam ustadı, Xalq artisti Xan Şuşinskinin həyat və yaradıcılıq yolu, musiqi sənətində əvəzsiz xidmətləri haqqında çıxış etmişdir. Şair-publisist Fəxrəddin Meydanlı çıxış etmiş, Xan Şuşinskiyə həsr etdiyi şeiri təqdim etmişdir. Bütün çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur. Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov), Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova, Beynəlxalq Muğam Mərkəzinin solisti, 4-cü Respublika Muğam Müsabiqəsinin laureatı Hüseyn Məlikov, Valeh Allahverdiyev (tar) və Elnur Salahovun (kamança) ifalarında Xan Şuşinskinin müəllifi olduğu və repertuarına daxil olan mahnı, muğam və təsniflərdən ibarət konsert proqramı təqdim olunmuşdur. Sonda Xan Şuşinskinin qızı, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zümrüd Paşayeva muzeyin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.