10 may 2025
HEYDƏR ƏLİYEV - 102
10 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi ilə birgə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş konsert keçirilmişdir.
Konsertdən əvvəl Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış etmişdir.
Konsertdə musiqi məktəbinin müəllim və şagirdlərinin ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur. Bütün ifalar Azərbaycan Musiiq Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti" mövzusunda slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirlər
|