6 may 2025
ULU ÖNDƏRƏ İTHAF
6 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş "Ulu öndərə ithaf" adlı konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov və tələbələri Kənan Rəhmanzadə, Nuray İsmayılova, İsmayıl Əsədli, Pərvanə Soltanova və Ülvi Əhmədov Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Svetlana Əhmədovanın müşayiəti ilə Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim etmişlər.
Bütün ifalar Azərbaycan Musiiq Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti" mövzusunda slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirlər
|