az | ru | en

1 may 2025


FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONSERT


1 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Faşizm zərində qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Bakı Musiqi Akademiyasının tələbələri II Dünya müharibəsində faşizm üzərində qələbə uğrunda Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaəti haqqında məlumatlarla çıxış etmişlər.
Konsertdə Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ruslan Persanov, Azərbaycan Dövlət Xor Kapellasının solistləri, Beynəlxalq müsabiqələr laureatları Kamilla İmanova, Elyar Əliyev, Fərhad Ələkbərov, Tofiq Zeynalov, konsertmeysterlər-Alyona İnyakina, Dilarə Kərimova, Nərmin Günəşli, Bakı Musiqi Akademiyasının məzunu Nərgiz Məmmədova, tələbələri Ayşə Məmmədova və Nigar Novruzovanın, Cavid Babayevin ifalarında Azərbaycan və sovet bəstəkarlarının hərbi-vətənpərvərlik mövzusunda yazılmış əsərlərindən ibarət musiqi proqramı, rəqs nömrələri təqdim olunmuşdur.
Konsert zamanı bütün ifalar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış "Azərbaycan musiqiçiləri 1941-1945-ci illər Böyük Vətən müharibəsində" adlı slayd-şou ilə müşayiət olunmuşdur.
Konsertin bədii rəhbəri Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakinadır.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.