5-6 aprel 2025
Beynəlxalq Ev Muzeyləri Günüdür.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bütün filiallarında bu münasibətlə tədbirlər keçirilmişdir.
Vaqif Mustafazadənin Ev Muzeyində 5 aprel 2025-ci tarixində "Vaqif Mustafazadəyə sevgi ilə" adlı konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir. V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktor müavini Səbinə Əliyeva və Şövkət Ələkbərova adına 20 nömrəli 11 İllik Musiqi Məktəbinin direktoru Bəhriyyə Allahverdiyeva şagirdlərə uğurlu çıxış arzu etmişlər.
Daha sonra V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin və Şövkət Ələkbərova adına 20 nömrəli 11 İllik Musiqi Məktəbinin şagirdləri rəngarəng konsert proqramı təqdim etmişlər.
Tədbirlər
|