az | ru | en

6 mart 2025


CAHANGİR QARAYEV - 75


6 mart 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birlikdə Qarayevlər ailəsinin layiqli nümayəndəsi, istedadlı pianoçu, bəstəkar və pedaqoq Cahangir Qarayevin anadan olmasının 75 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı, Əməkdar artist İnarə Babayeva, Respublika və Beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Səbinə Quliyeva və Vurğun Vəkilovun ifalarında Qara Qarayevin, Cahangir Qarayevin, Fərəc Qarayevin və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.