az | ru | en

4 mart 2025




4 mart 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə (MEMİM) "Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri" adlı yeni layihəyə start verilmişdir.
Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir.
"Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri" adlı layihənin ilk seminarı "Trend" Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri, "Tərəqqi" medalı ilə təltif edilən jurnalist Vüqar Imanovun iştirakı ilə təşkil olunmuşdur.
Seminarın açılışında MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov layihə çərçivəsində uzunmüddətli və peşəkar fəaliyyətləri ilə seçilən, həmçinin mədəniyyət jurnalistikasının inkişafına töhfə verən jurnalistlərin iştirakı ilə seminarların keçiriləcəyindən danışıb. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Vüqar İmanov Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Diplomla təltif olunmuşdur.
Vüqar İmanov seminarda müasir texnologiyanın jurnalistika sahəsinə gətirdiyi müsbət və mənfi cəhətlərdən, milli-mənəvi dəyərlərin təbliğində jurnalistikanın əhəmiyyətindən, mədəniyyət jurnalistikasının maarifləndirici xüsusiyyətləri və gənc nəslin əsl peşəkar kimi formalaşmasından, eləcə də sahənin müasir inkişaf istiqamətlərindən söhbət açıb.
Rəfiqə Nəsirovanın moderatorluğu ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova, Beynəlxalq Muğam Mərkəzinin mətbuat katibi Lalə Azəri, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanımbacı Abdinova və başqaları seminarda fikir mübadiləsi, sualları və müzakirələri ilə çıxış etmişlər. Vüqar İmanov auditoriyanı maraqlandıran sualları cavablandırmışdır.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Həmayə Baxışova musiqi ifalarını təqdim etmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.