az | ru | en

2 mart 2025




2 mart 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Azərbaycan bəstəkarı, Beynəlxalq müsabiqələr laureatı Ayaz Qəmbərlinin "Altı uşaq pyesi" not məcmuəsinin təqdimatı keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbirdə giriş sözü ilə çıxış etmişdir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva Ayaz Qəmbərlinin yaradıcılıq yolu və yeni işıq üzü görmüş not məcmuəsi haqqında məlumat vermişdir.
Tədbirdə musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, AMK nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova və başqaları ürək sözləri ilə çıxış etmişlər.
Not məcmuəsində nəşr olunmuş pyeslər İncəsənət Gimnaziyasının şagirdi, Respublika və Beynəlxalq Müsabiqələr laureatı, pianoçu Fərid Zeynalovun ifasında səslənmişdir.
Sonda müəllif Ayaz Qəmbərli kitablarını imzalayaraq qonaqlara hədiyyə etmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.