Azərbaycan dünyada tolerant, multikultural ölkə kimi tanınır və xalqların birgəyaşayışına nümunədir. Azərbaycanda multikulturalizm dövlət siyasəti təzahüründə müxtəlif xalqların nümayəndələri tərəfindən milli bayramları böyük həvəslə qeyd edilir.
2 mart mart 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanda Kazaklar İttifaqının xor kollektivinin "Maslenitsa" adlı konserti keçirilmişdir. "Maslenitsa" slavyan xalqlarının qədim adəti olan qış fəslinin yola salınması və yazın gəlməsini tərənnüm edir.
Tədbirdə giriş sözü ilə muzeyin direktor müavini Təranə Zeynalova və Kazaklar İttifaqının Qərargah rəisi Vladimir Stasenko çıxış etmişlər.
Bayram konsertində Kazaklar İttifaqının xor kollektivinin (bədii rəhbər Tatyana Qluşko) ifasında rus və Azərbaycan musiqisindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.