6 fevral 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə "Gənclərə dəstək" layihəsi çərçivəsində akademiyanın tələbələrinin “Dövrdən dövrə musiqinin inkişafı” adlı konserti keçirilmişdir.
Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir.
Konsertdə Bakı Musiqi Akademiyasının baş müəllimi Sevda Babazadənin rəhbərliyi ilə tələbələri Xədicə Bəşirova, Nəzrin Zeynalova, Şəms Əsgərova, Səbinə Ocaqverdiyeva, Səriyyə Ağakişiyevanın ifalarında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.