2 fevral 2025
XX ƏSRİN FORTEPİANO MUSİQİSİ
CAHANGİR QARAYEV - 75
2 fevral 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində "XX əsrin fortepiano musiqisi" silsilə tədbirləri çərçivəsində Qarayevlər ailəsinin layiqli nümayəndəsi, istedadlı pianoçu, bəstəkar və pedaqoq Cahangir Qarayevin anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qara Qarayevin qızı Züleyxa xanım Qarayeva-Bağırova və muzeyin müdiri Lətifə Məmmədova açmışlar. Züleyxa xanım Cahangir Qarayev haqqında xoş xatirələri ilə çıxış etmişdir. Lətifə Məmmədova Cahangir Qarayevin həyat və yaradıcılıq yolu haqqında danışmışdır. Onların çıxışı Cahangir Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin şagirdi Ömər Həsənli, Beynəlxalq Müsabiqələr laureatları Qəmər Kərimli (violin), Atabala Manafzadə (f-no), Zəhra-Cahan Şıxəliyeva (f-no), Cəlalə İsmayılzadə f-no), Fidan İbrahimova (f-no), Aysun Mahmudzadə (vokal) Qara Qarayev, Cahangir Qarayev və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.
Tədbirlər
|