1 fevral 2025
2 FEVRAL - AZƏRBAYCAN GƏNGLƏRİ GÜNÜ
1 fevral 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində "2 Fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə "İRƏLİ" Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Solo gənclik" layihəsi çərçivəsində gənc istedadlı tarzən Cabbar Paşazadə ilə görüş keçirilmişdir.
Tədbirdə Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov və "İrəli" Mədəniyyət Mərkəzinin nümayəndəsi Mədinə Səlimova giriş sözü ilə çıxış etmişlər.
Daha sonra söz Cabbar Paşazadəyə verilmişdir. O, öz ifalarını təqdim etmiş, nailiyyətləri haqqında məlumat vermiş, tamaşaçıların suallarını cavablandırmışdır.
Tədbirdə iştirak edən Cabbbar Paşazadənin müəllimləri - tanınmış tarzən, Xalq artisti, professor Zamiq Əliyev, tarzən Əməkdar artist Davud Abdullayev, ilk müəllimi İmaməli İmaməliyev gənc istedad haqqında ürək sözləri ilə çıxış etmişlər.
Zamiq Əliyev "Heydər ƏLİYEV. Səhnəarxası Görüşlər" kitabını muzeyə hədiyyə etmişdir.
Tədbirlər
|