az | ru | en

25 yanvar 2025




25 yanvar 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində "İRƏLİ" Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə yeni "Solo gənclik" layihəsi çərçivəsində Respublika və Beynəlxalq müsabiqələr laureatı, pianoçu Ərtoğrul Balayevlə görüş və onun təqdimatında ilk konsert keçirilmişdir.
Tədbirdən əvvəl gənclər görkəmli bəstəkar Qara Qarayevin həyat və yaradıcılıq yolu ilə tanış olmuşlar.
Qara Qarayevin Ev Muzeyinin müdiri Lətifə Məmmədova və "İRƏLİ" Mədəniyyət Mərkəzinin nümayəndəsi Mədinə Səlimova giriş sözü ilə çıxış etmişlər. Gənc pianoçunun nailiyyətləri, uğurları haqqında məlumat verilmişdir. Daha sonra Ərtoğrul Balayev görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və dünya klassikləri S.Raxmaninov, D.Şostakoviç, R.Şedrin, N.Kapustin, V.Moldovanın əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə çıxış etmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.