24 yanvar 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə "Gənclərə dəstək" layihəsi çərçivəsində akademiyanın tələbələrinin "Kamera Musiqisi Axşamı" konserti keçirilmişdir.
Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış etmişdir.
Konsertdə Bakı Musiqi Akademiyasının dosenti Rafiq Əhmədov, baş müəllimləri Talehə Əliyeva, Nərminə Hacızadə və Sevda Yolçuyevanın tələbələri Nəzrin Məhərrəmova (f-no), Tərlan Quliyev (klarnet), Samuil Səlimov (klarnet), İlqarə Talıbova (f-no), Aytən Müslümova (skripka) və baş müəllim Nərminə Hacızadənin (f-no) ifalarında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur.
Konsertdən sonra Bakı Musiqi Akademiyasının baş müəllimi Talehə Əliyeva gəncləri uğurlu çıxışlarına görə təbrik etmiş, Maestro Niyazi haqqında xoş xatirələrini bölüşmüşdür.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.