az | ru | en

17 yanvar 2025


"20 YANVAR - TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİ" YANVAR FACİƏSİNİN 35-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR


17 yanvar 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş "Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi" adlı anım tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açmışdır. Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva "Qanlı 20 Yanvar tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir”mövzusunda çıxış etmişdir. Daha sonra “20 yanvar faciəsi və gerçəklər" sənədli filmi nümayiş olunmuşdur.
Tədbir Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri İsmayıl Əkbərzadə (tar), Munir Məmmədov (kamança), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Respublika və Beynəlxalq müsabiqələr laureatı Rəna Zəkiyeva (f-no), şagirdlər - Respublika və Beynəlxalq müsabiqələr laureatları Mirnofəl Həsənov, Əli Fərəcov və Hazar Teymurzadənin (tar) ifalarında vətən şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqi proqramı ilə davam etmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.