11 yanvar 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində "İRƏLİ" Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Solo gənclik" layihəsi çərçivəsində bəstəkar, pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Bəstəkarlar İttifaqının gənc üzvü Aydan Əliyeva ilə görüş keçirilmişdir.
Tədbirdən əvvəl gənc iştirakçılar görkəmli bəstəkar Qara Qarayevin həyat və yaradıcılıq yolu ilə tanış olmuşlar.
Qara Qarayevin Ev Muzeyinnin müdiri Lətifə Məmmədova və Mədinə Səlimova giriş sözü ilə çıxış etmişlər. Tədbirdə musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Aydan Əliyevanın muğam üzrə müəllimi olmuş Xalq artisti Gülyaz Məmmədova onun haqqında ürək sözləri ilə çıxış etmişlər.
Aydan Əliyeva təhsil illəri, əldə etdiyi nailiyyətləri haqqında danışmış, ona verilən sualları cavablandırmışdır. Bədii hissədə Aydan Əliyevanın (f-no), Xalq artisti Gülyaz Məmmədovanın ifalarında müəllif əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.