az | ru | en

5 yanvar 2025


"YENİ İLDƏ YENİ ARZULARLA"


5 yanvar 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində "Yeni ildə yeni arzularla" adlı konsertlə Klassik Musiqi Həvəskarları Klubunda musiqili görüşlərə start verildi.
Konsertdən əvvəl Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış etdi. Daha sonra musiqişünas, vokalçı Sevinc İbrahimova, Respublika və Beynəlxalq müsabiqələr laureatı, hal-hazırda təhsilini Estoniya Respublikasında davam etdirən gənc pianoçu Şirin Əmiraslanovanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim edildi.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.