az | ru | en

31 dekabr 2024




Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbirdə giriş sözü ilə çıxış etmişdir.
Tədbir iştirakçıları dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Qara Qarayev Ev Muzeyinin müdiri Lətifə Məmmədova "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" mövzusunda çıxış etmişdir.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullanın magistr tələbələri Nərgiz Sadıqova, Fatimə Hüseynova və Afət Mehdiyevanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir.
Sonda Züleyxa Abdulla həmrəylik gününün əhəmiyyətindən danışmış, belə tarixi günlərin qeyd olunmasının vətənpərvərliyimizin, həmrəyliyimizin bariz nümunəsi olduğunu söyləmişdir. O, ifa etdiyi Q.Qarayevin prelüdlərini görkəmli bəstəkarın və vətən şəhidlərin ruhuna ithaf etdiyini söylədi.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.