21 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində "İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə "Solo gənclik" layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.
Tədbirdən əvvəl gənc iştirakçılar görkəmli bəstəkar Qara Qarayevin həyat və yaradıcılıq yolu ilə tanış olmuşlar. Daha sonra gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Həmayə Baxışovanın ifasında rəngarəng konsert proqramı təqdim olunmuşdur.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.