|
21 dekabr 2024
21 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində pianoçu, musiqişünas, Beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist, professor, "Milli Musiqi və Qlobal Mədəniyyət" cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova ilə görüş keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova hazırda Birləşmiş Ştatlarda yaşayan pianoçu, Əməkdar artist Nərgiz Əliyarovanın həyat və yaradıcılıq yolu, milli musiqimizin təbliği yolunda göstərdiyi xidmətlər barədə məlumat vermişdir.
Daha sonra Nərgiz Əliyarova yaradıcılıq fəaliyyəti, planları haqqında məlumat vermiş, şəxsi arxivindən bir sıra materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdiyini bildirmişdir. Tədbirdə Nərgiz Əliyarovanın görkəmli bəstəkar A.Məlikovun "Məhəbbət əfsanəsi" baletindən “Monoloq" və K. Debüssinin "Golliwog's Cakewalk" əsərlərinin ifaları olan videokliplərinin ilk təqdimatı keçirilmişdir.
Nərgiz xanımın Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi ifaları böyük coşqu ilə qarşılanmışdır.
Görüşdə jurnalistlər Afət İslam, Tamella Məmmədzadə, xaricdə yaşayan həmyerlilərimiz - akademik, professor İ.V.Robert (Rusiya), müğənni və aktyor Tərlan Şahbazi (Polşa) Nərgiz xanıma ürək sözləri, xoş arzuları ilə çıxış etmişlər.
Bütün çıxışlar Nərgiz Əliyarovanın yaradıcılıq yolundan bəhs edən slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirlər
|
|
|