12 dekabr 2024
12 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
Tədbirdə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva "Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri" mövzusunda çıxış etmişdir. Tədbir Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev. Zamanın fövqündə" sənədli filminin nümayişi ilə davam etmişdir.
Tədbirlər
|
|