az | ru | en

7 dekabr 2024


Musiqi mədəniyyətimizdə parlaq imza - Elmira Səfərova - 90


7 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Muzeyin şöbə müdiri Xanımbacı Abdinova Elmira Səfərovanın həyat və yaradıcılıq yolu haqqında danışmışdır.
Daha sonra Elmira Səfərovanın tələbələri adından musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Elnarə Kəbirlinskaya, Azərbaycan yazıçısı, publisisti və jurnalisti, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı Elmira Səfərovanın yorulmaz pedaqoji fəaliyyətindən, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər. Onların çıxışı Elmira Səfərovanın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, Əməkdar müəllim Siala Sinamdzqvarişvili və Əməkdar artist Elnarə Kəbirlinskayanın tələbələri Nərmin Hüseynova, Flora Umudova, Fatimə Vəliyeva, Rəşad Ağayev, Səmra Həsənli, Faida Hüseynova, İlqarə Talıbova, Jalə Mailova, Fidan Yunus və Aysel Məmmədovanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.