az | ru | en

5 dekabr 2024


İSMAYIL HACIBƏYOV - 75


5 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi, görkəmli Azərbaycan bəstəkarı, professor, pedaqoq, Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun 75 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Konsertdən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, pianoçu, professor, Xalq artisti Ülviyyə Hacıbəyova çıxış etmişlər.
Konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova və onun tələbələri Zöhrə Ramazanlı, Çinarə Səmədova, Natavan Səlimova və Arzu Məhərrəmovanın ifalarında İsmayıl Hacıbəyovun və dünya klassiklərinin əsərləri səslənmişdir. Bütün ifalar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mixail Nikolayeviç Yevdokimov çıxış etmiş, muzeydən və konsertdən aldığı təəsuratları bölüşmüşdür.





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.