28 noyabr 2024
SEVDA İBRAHİMOVA – 85
28 noyabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi, tanınmış Azərbaycan bəstəkarı, professor, pedaqoq, Əməkdar incəsənət xadimi, Xalq artisti, Sevda İbrahimovanın 85 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalov görkəmli musiqi xadimlərinə həsr olunmuş gecələrin, yubiley tədbirlərinin keçirilməsinin, xatirələrinin yad edilməsinin çox vacib dəyərli iş olduğunu qeyd etmişdir.
Muzeyin elmi işçisi Lətifə Məmmədova bəstəkarın zəngin yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında xidmətləri haqqında çıxış etmişdir. Onun çıxışı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə hacıbəyova və gənc bəstəkar, pianoçu Nigar Süleymanın ifalarında Sevda İbrahimovanın, Qara Qarayevin əsərlərindən ibarət musiqi proqramı təqdim edilmiş, videoyazılar nümayiş olunmuşdur.
Tədbirlər
|