az | ru | en

8 noyabr 2024


8 NOYABR – ZƏFƏR GÜNÜ
AZƏRBAYCAN, YURDUM MƏNİM!


7 noyabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 Noyabr – Zəfər günü münasibətilə "Azərbaycan, ana yurdum" adlı konsert keçirilmişdir.
Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, tədbir iştirakçıları şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla bir dəqiqəlik sükutla yad etmişlər.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva "8 Noyabr – Şanlı zəfər tariximiz" mövzusunda çıxış etmişdir.
Tədbirdə vaxtı ilə muzeyin əməkdaşı olmuş Vətən Müharibəsi qazisi Sübhan Xankişiyev çıxış etmişdir.
Tədbirdə muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifovdur) və musiqiçilərinin - Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr tələbələri, Respublika və Beynəlxalq müsabiqə laureatları Zöhrə Ramazanlı(f-no), Kənan Xəlilzadə (klarnet), Respublika müsabiqəsi laureatı Səma Mustafayevanın (f-no) ifalarında Azərbaycan bəstəkarlarının vətənpərvərlik ruhunda yazılmış əsərlərindən və xalq mahnılarından ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Konsert proqramında Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-Studiyasının direktor müavini, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Aytən Oqtayqızının şanlı qələbəmizə həsr etdiyi "Zəfər nəğməsi"nin videoklipi səsləndirilmiş,"Qarabağ səlnaməsi"sənədli filmi nümayiş edilmişdir.





Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.