24 sentyabr 2024
24 sentyabr 2024-cü il tarixlərində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbirlər çərçivəsində Qara Qarayevin Yaponiyada yeni nəşr olunmuş fortepiano əsərlərinin notlarının təqdimatı keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır.
Muzeyin yeni əldə etdiyi not kitabında əsərlərin adları Azərbaycan, ingilis və yapon dillərində, ön söz və şərhlər isə Azərbaycan və Yapon dillərində təqdim olunmuşdur. (Q.Qarayev. Fortepiano əsərləri. - Zen-On Music Company, - 2021, - 57 s.). Bu, həmin nəşriyyat tərəfindən çap olunmuş Qarayevin notlarının üçüncü nəşridir. Ön sözünün müəllifi Fərəc Qarayevdir, bəstəkar haqqında Marianna Vısotskaya yazıb, əsərlərə şərhlər isə Yaponiyada yaşayan Gülnarə Səfərovanındır.
Muzeyin elmi işçisi Lətifə Məmmədova Qara Qarayevin yaradıcılıq yolu, fortepiano əsərləri haqqında danışmışdır.
Tədbirin bədii hissəsində Respublika və Beynəlxalq müsabiqələr laureatı Müşfiq Quliyev, Respublika və Beynəlxalq müsabiqələr laureatı Tofiq Şıxıyev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Abbas Abdullazadə və Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Leyla Hüseynlinin, Bakı Musiqi Akademiyasının tələbəsi Fatimə Vəliyevanın ifalarında konsert proqramı təqdim olunmuşdur.
Tədbirlər
|
|