20 may 2024
20 may 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solisti Zümrüd Məmmədovanın yubileyinə həsr olunmuş elmi-seminar keçirilmişdir.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalova tədbiri giriş sözü ilə açmışdır.
Elmi seminarda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: "orqanologiya və akustika" elmi-tədqiqat laboratoriyanın müdiri Nuridə İsmayılzadə, məruzəçilər - doktorant, elmi işçi, bəstəkar İlahə Qismət Abdulla, doktorant, elmi işçi Nigar Bayramova sənətkarın həyat və yaradıcılığı, qastrol səfərləri, elmi fəaliyyəti haqqında çıxış etmiş, Zümrüd Məmmədovanın ifaları olan videoyazılar təqdim olunmuşdur.
Seminarda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, ustad xanəndə, Əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov, nəğməkar şair Nəcməddin Mürvət, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, muzeyin Qədim Musiqi Alətləri Ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, Xalq artisti Gülyaz Məmmədova və başqaları çıxış etmiş, Zümrüd xanımı təbrik etmişlər. Bütün çıxışlar Zümrüd Məmmədovanın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Bakı Xoreorqafiya Akademiyasının kafedra müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədov və Xalq artisti Gülyaz Məmmədova Zümrüd Məmmədovanı musiqi ifaları ilə təbrik etmişlər. Zümrüd Məmmədova bu ifalara qoşularaq bütün çıxışçılara öz müsiqi ifası ilə təşəkkürünü bildirmişdir.
Tədbirlər
|
|