az | ru | en

8 may 2024




8 may 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, kulturoloq alim, Ziyodullo Şahidi adına Tacikistan Respublika Musiqi Mədəniyyəti Muzeyinin direktoru, tacik musiqisinin klassiki Ziyodullo Şahidinin qızı Munirə Şahidi ilə görüş keçirilmişdir. Görüşdə Munirə Şahidinin "East-West Dialogues in the Twenty-First Century: The Poetics of Diplomatic World Culture" kitabının təqdimatı olmuşdur.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, kitabın müəllifi Munira Şahidi, sənətşünaslıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Orqanologiya və akustika" elmi-tədqiqat laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə, aparıçı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elm və yaradıcılıq işləri üzrə prorektoru, kultorologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Sədaqət Əliyeva, Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova çıxış etmiş, milli mədəniyyətin beynəlxalq aləmdə təbliği, Şərq-Qərb mədəni əlaqələri haqqında diskussiya aparmışlar. Nuridə İsmayılzadə Bakı Musiqi Akademiyasının layihəsi olan Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə 4 dildə nəşr olunan "Türkdilli ölkələrin milli musiqi alətləri" kitabını təqdim edərək, muzeyə hədiyyə etmişdir.

Görüşün sonunda gələcək əməkdaşlığın təşkili üçün işçi qrupu yaradılmışdır.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.