az | ru | en

7 may 2024




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir.

7 may 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbirlər çərçivəsində "Çün bahar oldu..." adlı konsert keçirilmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova konsertdən əvvəl giriş sözü ilə çıxış etmiş, yeniyetmə və gənclərə ekoloji tərbiyənin aşılanması, ekoloji maarifləndirmə, hər bir vətəndaşın, hər bir sahənin öz üzərinə düşəni layiqincə yerinə yetirərək “Yaşıl dünya həmrəyliyi”nə dəstək verilməsinin qarşıda dayanan əsas vəzifə olması haqqında danışmışdır.

Musiqişünas və vokalçı Sevinc İbrahimovanın iştirakı ilə keçirilən "Çün bahar oldu" adlı konsert proqramında Azərbaycan bəstəkarlarının doğma vətənimizi, gözəl təbiətimizi, baharı vəsf etdikləri mahnı və romanslar səslənmişdir. Konsertdə vokalçılar Aysel Abdullayeva və Adil Həsənov Sevinc İbrahimovanı musiqili ifaları ilə təbrik etmişlər.

Sonda Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Sevinc İbrahimovaya təşəkkürünü bildirmiş, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşri olan "Niyazi xatirələrdə" kitabını hədiyyə etmiş, bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov xoş arzuları ilə çıxış etmişdir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.