az | ru | en

30 aprel 2024




"Gəncədən Bakıya" layihəsi çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin konserti
30 aprel 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Gəncədən Bakıya" layihəsi çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin konserti keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov tədbirdə giriş sözü ilə çıxış etmişlər.
Azərbaycanın qədim mədəni mərkəzi olan Gəncə mədəniyyəti ilə tarixdə özünəməxsus iz qoymuşdur. Mirzə Şəfi Vazeh, Əli Nəzmi, Fikrət Əmirov, Qəmbər Hüseynli, Ələkbər Tağıyev, Mobil Əhmədov, Adil İsgəndərov, Həmid Araslı, Məmmədrza Şeyxzamanov və digər adlı-sanlı şəxsiyyətlər bu torpaqda yetişərək Azərbaycan mədəniyyətinə töhfələr veriblər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində təşkil olunmuş konsertdə Gəncə Dövlət Filarmoniyasının solistləri, gənc istedadların ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Sonda musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış edərək ifaçıları təbrik edərək, onlara uğurlar arzulamışdır.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.