25 aprel 2024
25 aprel 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi, Xalq artisti Nəriman Məmmədovun xatirə gecəsi keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova, Nəriman Məmmədovun qızı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Humanitar fənnlər kafedrasının dosenti, fəlsəfə doktoru Kamina Məmmədova bəstəkarın yaradıcılıq yolu, musiqi mədəniyyətimizdəki xidmətləri haqqında çıxış etmişlər. Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova Nəriman Məmmədov haqqında xatirələri, əvəzsiz xidmətləri haqqında çıxş etmişlər. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Nəriman Məmmədovun şəxsi arxivi əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Fortepiano Triosu - Əməkdar artistlər: Töhfə Babayeva (violin), Səbinə İbrahimova (violonçel), Elnara Kəbirlinskaya (f-no), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova (f-no), dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlının (f-no) ifalarında Nəriman Məmmədovun əsərlərindən ibarət konsert proqramı təqdim olunmuş, bəstəkarın müsahibələri və əsərlərinin musiqi ifaları olan videoyazılar nümayiş edilmişdir.
Tədbirlər
|
|