az | ru | en

16 aprel 2024




16 aprel 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 140 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı, musiqili teatrın yaranmasında müstəsna rolu haqqında çıxış etmişdir. Onun çıxışı bəstəkarın həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova Z.Hacıbəyovun musiqi tarixində xidmətləri, akademiyanın Elmi-Tədqiqat Laboratoriyasının elmi işçisi Fidan Nəsirova bu günlərdə müdafiə etdiyi "Bəstəkar Zülfüqar Hacıbəyovun yaradıcılığında vokal-instrumental janrı" mövzusunda çıxış etmişlər.
Tədbirin bədii hissəsində Xalq artisti Ülviyyə Hacıbəyovanın, musiqişünas və vokalçı Sevinc İbrahimovanın, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Səbuhi İbayev, Rəvanə Əmiraslanlı, Əməkdar artist Elxan Mansurov (tar), Səma Həmzəyeva, Elmira Qafarova, Nəzər Bəylərov, Rəşad Həsənzadə, Roza Səlimova (f-no) və xorunun ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı səslənmiş, "Aşıq Qərib" operasından səhnələr təqdim olunmuşdur. (Xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, truppa müdiri Zülfiyyə İbrahimovadır.)





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.