az | ru | en

12 mart 2024




12 mart 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakıdakı Rus Evinin (RİMM) təşkilatçılığı ilə görkəmli rus şairi, yazıçı və dramaturqu M.Y.Lermontovun 210 illiyinə, Lermontovun "Tarxanı" Dövlət Muzey-Qoruğunun 85 illiyinə həsr olunmuş ədəbi-musiqili bayram keçirilmişdir.
Tədbirdən əvvəl qonaqlar Lermontovun "Tarxanı" Dövlət Muzey-Qoruğunun hazırladığı M.Y.Lermontovun tərənnüm etdiyi mənzərə tablolarından ibarət sərgi ilə tanış oldular.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov çıxış etdilər.
"Tarxanı" Dövlət Lermontov Muzey-Qoruğunun (Rusiya, Penza vilayəti) şöbə müdiri Qalina Davıdkina şairin Tarxanıdakı malikanəsinə interaktiv ekskursiya təqdim etdi, muzey haqqında sənədli film nümayiş olundu.
Daha sonra şairə, jurnalist, "Qızıl qələm" mükafatı laureatı Alina Talıbova, tədbirin bədii rəhbəri Azərbaycanın rusdilli təhsil müəssisələrinin müəllimlərinin assosiyasiyasının sədri, Bakıdakı Rus Evinin maarifləndirmə proqramlarının koordinatoru Lyubov Yakunina çıxış etdilər.
Ədəbi-musiqili bayramda "Günay" Uşaq Teatrı tərəfindən bədii kompozisiya təqdim olundu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokalçısı və konsertmeysteri Yelena Naumenko, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova (vokal), Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina (f-no) şairin sözlərinə yazılmış romanslar ifa etdilər





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.