23 fevral 2024
"QİSASIN ALINDI, XOCALI"
23 fevral 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinnin filialı olan Niyazinin Mənzil muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə "Qisasın alındı, Xocalı" tədbiri keçirilmişdir.
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinova "Xocalı soyqırımı qan yaddaşımızdır" mövzusunda çıxış etmişdir. Bakı Musiqi Akademiyasının baş müəllimi Nərminə Hacızadə mövzu ətrafında danışmışdır. Tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında Xocalı şəhidlərinin xatirəsinə ithaf olunmuş dünya klassiklərinin əsərlərindən ibarət anım konserti ilə davam etmişdir.
Tədbirlər
|