az | ru | en

19 yanvar 2024


20 YANVAR - QƏHRƏMANLIQ, MİLLİ QüRUR DASTANI


19 yanvar 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə tədbiri açmışdır. Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Muzeyin şöbə müdiri ülviyyə Şəmmədova "Azərbaycanın qəhrəmanlıq tarixinin 20 yanvar səhifəsi" mövzusunda çıxış etmişdir. Tədbirdə ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədli (f-no), muzeyin Qədim Musiqi Alətləri Ansamblının solisti, Əməkdar artist Davud Abdullayev (tar), Pərviz Hacıbəyovun (f-no) ifalarında vətən şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqi proqramı təqdim olunmuşdur. Şairə Nazlı Yazar Əməkdar artist Davud Abdullayevin tarda müşayiəti ilə 20 yanvar şəhidlərinə həsr etdiyi şeiri səsləndirdi.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Salnamə" sənədli filmlər studiyasının istehsalı olan "Silahdaşlar" filmi (2019) nümayiş edilmişdir. Filmin rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbas, ssenari müəllifi - Xalq artisti Ramiz Fətəliyevdir.
Filmdə 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordu hissələrinin Bakıda həyata keçirdiyi qırğınları, faciənin dəhşətli görüntülərini lentə almaq üçün əsl peşəkarlıq, vətənpərvərlik nümayiş etdirən kino işçilərindən söz açılır. Ekran əsərində həmin qanlı gecədə və sonrakı günlərdə Azərbaycanın müxtəlif rayonlarında törədilən faciələr haqqında xatirələrə və bu hadisələr haqqında fikirlərə də yer verilmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.