az | ru | en

17 yanvar 2024


"SADƏCƏ NİYAZİ" KİTABININ TƏQDİMATI


17 yanvar 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları klubunda jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun "Sadəcə Niyazi" kitabı təqdim edildi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etdi. Tədbir iştirakçıları həmçinin yaxınlarda işıq üzü görmüş və muzeyin nəşri olan "Niyazi xatirələrdə" kitabı ilə tanış oldular.
Təqdimat mərasimində "Sadəcə Niyazi" kitabının müəllifi Əlisəftər Hüseynov, onun qələm dostları - filologiya üzrə fəlsəfə doktoru Əkbər Əli oğlu, şairə Lalə İsmayıl, bəstəkar, Xalq artisti, üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, musiqişünas alim, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Azərbaycan dirijoru, bəstəkarı və pianoçu, Əməkdar artist Turan Manafzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kütləvi işlər üzrə şöbə müdiri Xanım Abdinova, Niyazinin qohumu Sahib Qədimov çıxış etdilər. Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış Maestro Niyazinin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olundu.
Bədii hissədə ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti ülviyyə Hacıbəyova (f-no), musiqişünas və vokalçı Sevinc İbrahimova, Əməkdar artist Turan Manafzadənin ifalarında Niyazinin və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı səsləndi, Maestro Niyazinin idarəsi ilə videoyazı təqdim olundu.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.