1 dekabr 2023
1 dekabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə "Gənclərə dəstək layihəsi" çərçivəsində "Gitara musiqisi axşamı" konserti keçirilmişdir.
Konsertdən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin "İnstrumental ifaçılıq" kafedrasının müəllimi Elmar Sultanov giriş sözü ilə çıxış etmişlər.
Yaranma tarixi 2500 il əvvələ gedən klassik gitara aləti erkən orta əsrlərdə ərəblər tərəfindən Cənubi Avropaya gətirilir. VII-IX əsrlərdə Ispaniyada bu alət çox məşhurlaşmışdı. Ispaniyadan sonra gitara bütün Avropa ölkələrində - Italiya, Almaniya, Fransa, Rusiya, daha sonra isə Amerikada geniş yayılmış, zaman keçdikcə inkişaf etmişdir. Müasir gitara XVIII əsrin II yarısından mövcuddur, solo və müşayiət aləti kimi istifadə olunur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yeganə ali təhsil ocağıdır ki, burada gitara sinfi yaradılıb. 2016-cı ildə açılan gitara sinfi kifayət qədər istedadlı tələbələr yetişdirib. Universitetin tələbələri bir sıra respublika və beynəlxalq müsabiqələrdə iştirak edib, mükafatlara layiq görülüblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasının 100 illiyinə həsr olunmuş "Gitara musiqisi axşamı" konsertində univetsitetin "Musiqi sənəti" fakültəsinin tələbələri, "Sehrli simlər" dueti - Beynəlxalq müsabiqələr laureatları Raul Hüseynov və Tunar Vəlizadənin ifalarında klassik əsərlər və populyar melodiyalar səslənmişdir.
Tədbirlər
|
|