az | ru | en

17 noyabr 2023




17 noyabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində tanınmış Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatiriyasının professoru Fərəc Qarayevin 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin Ev Muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova giriş sözü ilə çıxış etmişlər.
Tanınmış publisist, pedaqoq və musiqişünas Raya Abbasova Fərəc Qarayevin həyat və yaradıcılığı, tədbirdə ifa olunan əsərlər haqqında çıxış etmişdir.
Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Laləxanım Rzayeva, bəstəkar, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşova, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Fərəc Qarayevin pedaqoji fəaliyyəti, musiqi mədəniyyətimizdəki xidmətləri, əvəzsiz töhfələri haqqında danışmışlar.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 8-ci sinif şagirdləri Cəlalə İsmayılzadə (violonçel), Fərid Zeynalov (f-no), Respublika və Beynəlxalq müsabiqələr laureatı Zəhra Cahan Şıxəliyeva (f-no) və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədovanın ifalarında görkəmli bəstəkar Qara Qarayevin və Fərəc Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim olunmuş, videoyazılar nümayiş olunmuşdur.
Çıxışlar və musiqi ifaları muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış və bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.