az | ru | en

7 noyabr 2023

XX ƏSRİN FORTEPİANO MUSİQİSİ


7 noyabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində "XX əsrin fortepiano musiqisi" adlı tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin Ev Muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova giriş sözü ilə çıxış etmişlər.
Tədbir iştirakçıları şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla bir dəqiqəlik sükutla yad etmişlər.
XX əsr - bəstəkar yaradıcılığına, pianoçuların repertuarına, sənətinə bir çox yeniliklər gətirmişdir. Bu əsrdə fortepiano musiqisi kamera-instrumental yaradıcılığının əsas sahəsinə çevrilməyə başladı. Tədbirdə tanınmış publisist, pedaqoq və musiqişünas Raya Abbasova "XX əsrin fortepiano musiqisi" və ifa olunan əsərlər haqqında dinləyicilərə daha ətraflı məlumat vermişdir.
Tədbirin bədii hissəsində Beynəlxalq müsabiqələr laureatları, Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin şagirdləri Zümrüd Əlizadə, Ərtoğrul Balayev və Azərbaycan Milli Konservatoriya nəzdində İncəsənət gimnaziyasının şagirdi Fərid Zeynalovun ifalarında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarların fortepiano əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Bu muzeydə XX əsrin professional musiqisi ilə tanışlıq üçün keçirilən silsilə tədbirlərin növbətisi oldu. Daha sonra muzeydə keçiriləcək tədbir isə "XX əsrin instrumental və vokal musiqisi"nə həsr olunacaqdır







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.