az | ru | en

20 oktyabr 2023

"MUSİQİ VƏ POEZİYA: SERGEY YESENİN"


20 oktyabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakıdakı Rus Evi (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) və Rusiyanın Azərbaycanda Koordinasiya Şurası ilə birgə görkəmli rus şairi və yazıçısı Sergey Yeseninin doğum gününə həsr olunmuş "Musiqi və poeziya: Sergey Yesenin" adlı ədəbi-bədii gecə keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Tədbirin aparıcısı teatr və kino artisti Nigar Həsənzadə Sergey Yeseninin həyat və yaradıcılıq yoluna, yaradıcılığının Azərbaycan dövrünə nəzər salımışdır. Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyin I katibi Pavel Kuznetsov, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov çıxış etmişlər. Əməkdar mədəniyyət xadimi Rafiq Qoşayevin ifasında Sergey Yeseninin poeziyasından nümunələr səslənmişdir. Bakı Musiqi Akademiyasının vokalçısı və konsertmeystrı Yelena Yakubovskaya, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova (konsertmeystr BMA-nın baş müəllimi Alyona İnyakina) şairin sözlərinə yazılmış mahnılar, romanslar ifa etmiş, Azərbaycan Milli Konservatoriyasının "Buta" kvartetinin (bədii rəhbər Aysel Bağırova) ifasında Azərbaycan muğamı və xalq mahnıları təqdim olunmuşdur. "Günay" Uşaq Teatrı (bədii rəhbər Larisa Tarusova) tərəfindən bədii kompozisiya təqdim edilmişdir. Tədbirin bədii rəhbəri Azərbaycanın rusdilli təhsil müəssisələrinin müəllimlərinin assosiyasiyasının sədri, Bakıdakı Rus Evinin maarifləndirmə proqramlarının koordinatoru Lyubov Yakuninadır.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.