az | ru | en

18 sentyabr 2023

Milli Musiqi Günü


18 sentyabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Milli Musiqi Günü münasibətilə tədbir keçirilmişdir.
Bu gün Niyazi Mənzil Muzeyinin açılışından 29 il ötür. Tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü il sentyabr ayının 18-də muzeyin açılışındakı nitqinin videoyazısı ilə başlamışdır.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov muzeyin fəaliyyət göstərdiyi illər ərzində görülən işlər, əldə olunan nailiyyətlər haqqında çıxış etmişdir.
Bədii hissədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın artistləri Ülviyyə Əliyeva, Ruslan Mürsəlov, Kamil Həsənov (f-no), musiqişünas, vokalçı Sevinc İbrahimova, Mircəfər Mövsümzadə (tar, vokal), Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin şagirdi, Respublika və beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşova (violin), Arzu Səfərovanın (f-no), Bakı Musiqi Akademiyasının tələbəsi, Respublika və beynəlxalq müsabiqələr laureatı Fidan Əmişova (f-no) ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış və muzeyin fəaliyyətini əks etdirən slayd-şou təqdim olunmuşdur. Tədbir iştirakçıları foyedə muzeyin fəaliyyətini əks etdirən "Niyazinin Mənzil Muzeyi" foto sərgisi ilə tanış olmuşlar.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.