21 avqust 2023
NİYAZİ - 111
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Maestro Niyazinin 111 illiyi münasibətilə tədbir keçirilmişdir.
Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilmişdir. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. O, incəsənətimizin, xüsusilə də musiqi mədəniyyətimizin inkişaf və tərəqqisinə həmişə böyük diqqət və qayğı göstərmişdir. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Tədbirdə ulu öndərin Maestro Niyazinin 90 illik yubileyində (06.12.2002) görkəmli sənətkar haqqında çıxışının videoyazısı nümayiş olunmuşdur.
Daha sonra Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, musiqişünas Sevinc İbrahimova (f-no, vokal), Mircəfər Mövsümzadə (tar, vokal), Beynəlxalq müsabiqələr laureatı Nəriman Əmiraslanovun(onlayn f-no) ifalarında konsert proqramı təqdim olunmuşdur. Şairə Nazlı Yazar maestroya həsr etdiyi şeiri ilə çıxış etmişdir. Tədbirin sonunda Maestro Niyazinin qohumu Sahib Qədimov xatirələri ilə çıxış etmişdir.
Tədbirlər
|