az | ru | en

16 iyun 2023




16 iyun 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Dədə Qorqud Milli Fondu – "Azərbaycan Dünyası" Beynəlxalq Dərgisi xanəndə, bəstəkar, Azərbaycanın Xalq Artisti Məmmədbağır Bağırzadəyə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Məmmədbağır Bağırzadənin ifasının lent yazısı səslənmişdir.
Ustad sənətkar Məmmədbağır Bağırzadənin ifasından 200-dən çox mahnı, təsnif, muğam yadigar qalmışdır. Gözəl ifaları ilə oxuduğu hər bir mahnıya öz dəsti-xəttini həkk etdirmiş, neçə-neçə Azərbaycan şairinin qəzəl və şerinə musiqi həyatı vermişdir. Dinləyicisi onu gözəl xanəndə kimi sevmiş və unutmamışdır.
31 may 2023-cü il tarixində tanınmış müğənni, bəstəkar, Azərbaycanın Xalq artisti Məmmədbağır Bağırzadə Dədə Qorqud Milli Fondu, Azərbaycan Dünyası Beynəlxalq dərgisi və Dünya Azərbaycanlılarının qərarı ilə Azərbaycanın mədəniyyət və incəsənət aləmində göstərdiyi misilsiz xidmətlərə görə Türk dünyasının mükafatı olan “Vətən övladı” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır. Tədbirin aparıcısı, muzeyin direktor müavini Təranə Zeynalova Məmmədbağır Bağırzadənin yaradıcılığı haqqında ətraflı danışmışdır. Daha sonra söz Dədə Qorqud Milli Fondunun rəhbəri, "Azərbaycan Dünyası" Beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılova verilmişdir.
Tədbirdə Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə, onun sənət dostları, tanınmış musiqiçi və müğənnilər sənətkarın ifaçılıq sənəti haqqında danışmış, xatirələrini bölüşmüş, xanəndənin bəstələdiyi mahnıların videoyazıları səslənmişdir.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.