az | ru | en

1 iyun 2023


1 İYUN - UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ


1 İYUN - UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların müdafiəsi günü kimi tarixə düşmüşdür.
Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Sağlam və möhkəm gələcək yolunda respublikamızın hər bir təhsil və mədəniyyət müəssisəsi yaxından iştirak edir. Öz fəaliyyətini gənc nəslin əxlaq, mənəvi tərbiyəsi, asudə vaxtlarının səmərəli istifadəsini təmin etmək istiqamətində qurur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz fəaliyyətində uşaqlarla işə böyük diqqətlə yanaşır. Vaxtaşırı olaraq uşaq müəssisələri, musiqi və xoreoqrafiya məktəbləri ilə birgə tədbirlər və konsertlər, "Balacalar üçün muzey" adlı tanıtım, əyləncəli, interaktiv proqramlar təşkil edir.
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir R.Babayev adına 25 nömrəli 11 İllik Musiqi Məktəbi ilə birgə təşkil olunmuşdur.
"Musiqili fidanlar" adlı konsertdə məktəbin şagirdləri rəngarəng konsert proqramı ilə çıxış etdilər. Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən gənc istedadlara təşəkkürnamələr təqdim olundu.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.