az | ru | en

18 may 2023

18 MAY - BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ "TƏBİƏTİN MUSİQİSİ" ADLI TƏDBİR


Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bülbülün Memorial Muzeyi ilə birgə 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "Təbiətin musiqisi" adlı tədbir keçirilmişdir. Bu il Beynəlxalq Muzeylər Gününün mövzusu "Muzeylər, dayanıqlılıq və rifahdır".
Muzeylər cəmiyyətimizin rifahına və dayanıqlı inkişafına mühüm töhfələr verir. İnsanlar muzeylərə güvənir, onları sosial həyatın sütunu kimi qəbul edir və bu onları ardıcıl pozitiv dəyişikliklərin potensial bələdçisi edir. 2023-cü ildə muzeylərdə əsas diqqət qlobal sağlamlıq və rifah, iqlim dəyişikliyi sahəsində fəaliyyətə, yerüstü ekosistemin mühafizəsinə yönəlməli, maarifləndirmə işlərini gücləndirməklə yerüstü ekosistemlərin qorunması, bərpası və dayanıqlı inkişafına nail olmaq üçün vətəndaş cəmiyyətinin bütün üzvlərini bir araya gəlməyə və muzeylərin dayanıqlı inkişaf və rifah üçün malik olduğu bütün transformativ potensialını həyata keçirməyə çağırmalıdır.
2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilmişdir.
Ekoloji siyasət Ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin mühüm tərkib hissəsi olmuşdur. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Ulu öndər Azərbaycanın ekoloji problemlərının həllini, təbiət abidələrinin qorunmasını daim diqqət mərkəzində saxlayıb, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. Bu iş ardıcıl, müntəzəm və sistem halında görüldüyü üçün böyük səmərə vermişdir.
Tədbirdə muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova mövzu ətrafında çıxış etmişlər.
Tədbir muzeyin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri - Heydər Əliyev adına IV Respublika Müsabiqəsinin qaliblərinin, R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifalarında "Təbiətin musiqisi" adlı konsert proqramı ilə davam etmişdir.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.